İçərişəhərdə növbəti sərgi - “Avropa”
23.2.2018

İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında rəssam Xanlar Məmmədovun əsərlərindən ibarət “Avropa” adlı rəsm sərgisi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatının birgə təşəbbüsü ilə reallaşıb.

Sərgidə tanınmış fırça ustasının 50-dən çox sənət əsəri nümayiş edilir. Ekspozisiyada yer alan rəsmlər rəssamın Avropaya səyahəti zamanı yaratdığı rəsmlərdir. Ziyarət etmək istəyənlər martın 3-dək qeyd edilən məkana üz tuta bilər.

azertag.az