Bakıda xarici rəssamların iştirakı ilə Beynəlxalq İncəsənət Festivalı keçiriləcək
17.6.2011

Festival iyunun 29-dan iyulun 1-ə qədər davam edəcək. İçəri Şəhər və Qız Qalası ətrafında keçiriləcək festivalda Azərbaycan memarlığının müxtəlif bədii üslub və texnikalarda görüntülərini əks etdirən işlər təqdim olunacaq. Beynəlxalq İncəsənət Festivalı Heydər Əliyev Fondunun, Azərbaycan Nazirlər Kabineti yanında "İçəri Şəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin, Müasir İncəsənət Mərkəzinin və Art Gallery-nin (Qız Qalası) təşkilati dəstəyi ilə keçirilir.