Bakı Dövlət Universitetinin hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib
23.2.2018

Nazirlər Kabinetinin 2018-ci il 19 fevral tarixli qərarı ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmalar əlavə edilib.

Universitetdən bildirilib ki, bunlar əqli mülkiyyət hüququ, tibbi hüquq, əmək və sosial təminat hüququ, inzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, idman hüququ, turizm hüququ ixtisaslaşmalarıdır.

Qeyd edək ki, hüquq fakültəsinin magistratura səviyyəsində tədris Azərbaycan, rus, ingilis və alman dillərində keçirilir. İndiyədək 11 ixtisaslaşma üzrə kadr hazırlığı aparılan fakültədə yeni tədris ilindən qəbul 17 ixtisaslaşma üzrə aparılacaq.

azertag.az