Azərbaycanda Facebook istifadəçilərinin sayı 1 milyona yaxınlaşıb
10.1.2013

2013-cü il yanvarın 9-na olan məlumata əsasən, Azərbaycanda Facebook-da qeydiyyatdan keçən istifadəçilərin sayı 957 min 540 olub.

Son 6 ay ərzində ölkədə bu sosial şəbəkədən istifadə edənlərin sayı 134 min artıb.

Azərbaycan Facebook istifadəçilərinin sayına görə tərtib edilmiş reytinqdə ötən ilin dekabrındakı yerindən bir pillə geriləyərək 84-cü yerdə qərarlaşıb.

“Socailbaker.com”-un versiyasına görə, Azərbaycanda Facebook-dan əhalinin 11.53 faizi və ölkənin ümumi internet istifadəçilərinin 22.66 faizi istifadə edir. Azərbaycanda Facebook istifadəçilərinin 478 mini 18-24 yaş aralığındadır.

Qeyd edək ki, Facebook istifadəçilərinin sayına görə 168 milyon istifadəçi ilə ABŞ yenə də birinci yerdədir.

Bu sosial şəbəkədən istifadə edən digər ölkələrə gəlincə isə, Braziliya (64 milyon) ikinci, Hindistan (62 milyon) üçüncü, İndoneziya (51 milyon) isə dördüncü yerdə qərarlaşıb. Ən az “Facebook” istifadəçisi isə 20 nəfər istifadəçisi ilə Vatikandır.

Azərbaycanın reytinqdə Gürcüstan (85), Qazaxıstan (94), Belarus (104), Estoniya (107), Latviya (109), Ermənistan (112), Moldova (118), Özbəkistan (137), Qırğızıstan (147) ölkələrini qabaqlayıb.


Gün.Az