V Beynəlxalq Muğam Festivalının açılış konserti Heydər Əliyev Sarayında təşkil ediləcək
26.2.2018

Martın 7-də Heydər Əliyev Sarayında V Beynəlxalq Muğam Festivalının açılış konserti olacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, açılış konsertində Əməkdar İncəsənət Xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları olacaq. Konsertdə Gülyaz Məmmədova, Emil Əfrasiyab, Firuz Səxavət, Afaq Abbasova, İlkin Əhmədov, Rəvanə Qurbanova, Aşıq Babək Şakirli və başqaları iştirak edəcək.

İfaçılar görkəmli bəstəkarlar Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, M.Maqomayev, C.Hacıyev və F.Əlizadənin opera və operettalarından parçalar və Azərbaycan xalq mahnılarını səsləndirəcəklər.

Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən, www.iticket.az saytından onlayn, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, festival martın 7-dən 14-dək davam edəcək.

azertag.az