Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsaslı kitabxanasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan sərgi təşkil edilib.
ADNSU-dan bildirilib ki, sərgidə Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən soyqırımı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının keçdiyi şərəfli həyat yolunu əks etdirən kitablar və mətbuatda verilən yazılar öz əksini tapıb. Sərgidə, həmçinin "Xocalı soyqırımı: Milyon imza-bir tələb" adlı 16 cilddən ibarət kitabın bir neçə hissəsi də yer alıb.
Qeyd edək ki, bu imzalar toplusu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının erməni işğalçılarının törətdikləri Xocalı soyqırımının tanınması cağırışı ilə keçirdiyi kampaniyanın nəticəsində hazırlanıb. "Xocalı soyqırımı: Milyon imza-bir tələb" imzalar toplusu dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının arxivlərində və kitabxanalarında saxlanılır.
azertag.az