Avropa Uşaq Ortopediyası Cəmiyyətinin regional kursu keçiriləcək
26.2.2018

Martın 9-10-da Bakıda Avropa Uşaq Ortopediyası Cəmiyyətinin regional kursu keçiriləcək.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, kurs travmatoloq, ortopedlər, eləcə də “Travmatologiya-ortopediya” ixtisası üzrə təhsil alan həkim-rezidentlər üçün təşkil edilir.

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında kurs Davamlı Tibbi Təhsil tədbiri kimi akkreditasiya olunub.

azertag.az