Günün qoroskopu
10.1.2013

Qoç - Bu gün yaşanacaq hadisələr eqoist, özünə vurulmuş adamlar üçün pis məşq deyil. Özünüzdən savayı kimsəni unikal fərd saymırsınız? Bəlkə bir qədər yanılırsınız?! Düşünün...
Ətrafınızdakı zəif və gücsüz insanlar yardımınıza ehtiyac duya bilərlər. Elementar qayğı, dost dəstəyi, səmimi yardım bu gün qaçılmaz əməllər olmalıdır. Xəstə qohuma və ya problemlərlə qarşılaşmış dostunuza baş çəkməyi unutmayın. Axşam saatlarında əyləncədə, yeməkdə və hisslərdə ifrata varmayın.

Buğa - Səhər saatlarında iki adamın əvəzinə işləyin. Ümid etdiyiniz rahat və rəvan şərait yaranmamış pozula bilər. Əlavə iş isə pul vəd etsə də, sizi yoracaq. Tanış durumda istirahət, ya da iş problematik olacaq.
Şəxsi münasibətlərdə dönüş ola bilər. Amma hər şeyin təfərrüatına varmağa cəhd göstərməyin. Yaşanan situasiya sizə fikrinizi tam aşkar şəkildə izhar etməyə mane ola bilər.
Sadalanan nüanslara günün kinci yarısındakı problemlər əlavə oluna bilər.

Əkizlər - Yaxın ətrafınızdakı insanlardan biri, iş yoldaşı ilə münasibətlərin aydınlaşdırılması məsləhət deyil. Hər məqama konkretlik gətirmək istəyi sizə baha başa gələ bilər. Ailə büdcəsi və ya maliyyə ehtiyatlarınızla ehtiyatlı olun. İntensiv məşğuliyyət, fiziki qüvvə tələb edən işlər üçün əlverişsiz gündür.
Axşam saatlarında tam ruhi istirahət və fiziki relaksa nail olun.

Xərçəng - İş yoldaşları, tanışlar və ya qonşularla sülh şəraitinə nail olmaq istəyi bu gün birmənalı qarşılanmaya bilər. Yaxın ətrafınızdakı insanların tələblərinə tam uymayın. Sərrast davranın, başqalarının maraqlarının sizin mənafeyinizi üstələməsinə şərait yaratmayın. Tənqiddə ehtiyatlı olun. Xoş sürpriz və ya əyləncəli zarafat sandığınız sözləri sərt tənqid kimi qəbul edə bilərlər.
Qohumlara və ya tanışlara qonaq getmək planını təxirə salın. Aptek, müalicə, qəfil səfərlə bağlı əlavə xərc məcburiyyəti yarana bilər.

Şir - Bu gün maliyyə məsələlərində xüsusilə soyuqqanlı, təmkinli olun. Alış-verişdə bədxərclik etməyin. Günün ilk yarısında işlərə fəal başlayın və kənardan sizə kimsənin irad bildirməsinə imkan verməyin.
"Torbada pişik" tipli təklifləri qulaqardına vuraraq real tələbat duyulan işlə məşğul olun.
İşdə həmkarlarınız, evdə isə ailə üzvlərinizlə təmaslarda sizə təzyiq edilməsinə yol verməyin. Mövqeyinizi və istəklərinizi qoruyun. Həddən ziyadə yumşaq, güzəştə gedən adam kimi davranmayın.

Qız - Bu gün çətin məsələlərin həllinə çalışmayın. Uzunmüddətli həll tələb edən, qarışıq və məsuliyyəti problemlərin çözümünə başlamazdan əvvəl yaxşıca götür-qoy edin.
Ailə üzvləri və qohumlarla münaqişə yaratmayın. Təfərrüatlara, detallara diqqət yetirin. Hadisələrin kulislərində yaşananları gözdən qaçırmayın.
Anlaşmalar və müzakirələr, işgüzar danışıqlar üçün əlverişli gün deyil.

Tərəzi - Azadlıq və fəaliyyət sərbəstliyinizə bu gün bir sıra şərtlər mane ola bilər. Daxilinizdəki qarışıqlıq, laübə əsəblərinizə təsir edə bilər.
Gün ərzində şübhələr sizi düşündürəcək, nəyisə götür-qoy edəcəksiniz. Yaxın ətrafınızdakı adamlardan biri xəyanət planlaşdırır. O adamı müəyyənləşdirsəniz, sakit davranın və həmin insan barədə düşüncələrinizi tələsik şəkildə büruzə verməyin.
Sizi maraqlandıran münasibətlərdə medalın əks üzü ilə qarşılaşa bilərsiniz. Dostunuzun vicdansız davranışı və ya ötənlərdə yol verdiyiniz səhvin nəticəsi ilə qarşılaşmağınız istisna deyil.

Əqrəb - Əks cins mənsubunun nə istədiyini anlamağa çalışın. İşdə mühüm qərarların qəbul edilməsini qadına tapşırmayın. Əks halda iş başlamamış kiçik anlaşılmazlıqlar və bataqlıqlar burulğanında batacaq. Dostlarınızı sınağa çəkməyin.
İstənilən sınağın nəticəsi gözlənilməz olur.
Başladığınız işi bitirin və bu istiqamətdə qarşınızda duran bütün sədləri dəf edin.
Axşam saatlarında özünüz barədə düşünün.

Oxatan - Xarici görkəminizdəki narazılıq obraz və darvanışınızı dəyişmək üçün əsas deyil. Dünyaya görə əyilməyin - dünyanı özünüzə görə əyin. Tələskənlik etməyin, səbirli olun.
Tələskənliyin acı nəticəsi uğursuz, kamillikdən çox uzaq eksperiment ola bilər.
Başqalarının zövq və standartlarını əxz etməyə tələsməyin. Çox yəqin ki, kimsə sizə paxıllıq edir və ya ifrat tələbkarlığından əl çəkə bilmir.
İdeallarınızı alt-üst etməyə tələsməyin. Məsləhətlərin hamısını dinləmyə dəyməz.
Çünki ağ saçların çoxluğu hələ ağsaqqal olmaq demək deyil.

Oğlaq - Bu günün dəbi sayılan trendindən geriyə qalmağınızıı fikir etməyin. Ehtiyatlı, soyuqqanlı, təmkinli olmayın. Əksinə, sizin taxta qapınızı döyənin dəmir qapısını yumruqlayın. Haqq və hüquqlarınızın zərrə qədər pozulmasına imkan verməyin.
Tək əldən səs çıxmamasına da inanmayın. Səbrli, dözümlü, güzəştə gedən olsanız, hüquqlarınız daha çox pozulacaq, haqlarınız daha ciddi şəkildə tapdanacaq.
Haqqı itirən adama yaxşılıq etməyin. Balığı dəryaya atandan sonra yaxşılığın xaliqin bilməsi pis deyil, amma buna ömür çatmaz. Bir həyat yaşayırsınız və hansısa yaramaz insanın həyatınıza problemləri daxil etməsi ilə barışmayın.
Məmurların vəzifə səlahiyyətlərini tam icra etməsinə çalışın. Bəli, məhz belə: məmur məhz sizin ödədiyiniz vergilərin hesabına maaş alır və o maaşın müqabilində də öz həyatını təmin etmək əvəzinə, vətəndaşların problemlərinin həlli ilə məşğul olmalıdır.
Tutduğunuz yeri kimsəyə verməyin.

Dolça - Bu gün dəqiq, tələbkar, inadkar və soyuqqanlı olun. Bu xüsusiyyətlər planınızı dağılmaqdan qoruyacaq, münasibətlərdə qarşılıqlı anlaşılmazlığın qarşısını alacaq.
Məişət problemlərini həll edərkən estetik yönlərə yox, praktiki yönlərə üstünlük verin.
Şəxsi münasibətlərdə təmkinli davranın, əks cins mənsubunun bütün tələblərini yerinə yetirməyin.
Davranış strategiyasını dəqiq müəyyənləşdirin.

Balıqlar - Güzəştlərə hazır olmağınızı və üzüyola davranmağınız qətiyyətsizliyə çevrilməməlidir. Sevdiyiniz insan qəlbinizə hakim olsa da, onun bütün istəklərini yerinə yetirməyin, kor-koranə şəkildə nazını çəkməyin.
Bədxahlarınızdan birinin sizdən istifadə etməyə çalışdığı, səbrinizin hüdudlarını yoxlamağa can atdığı istisna deyil. Tərəfdaşınızın sizə təklif etdiyi oyun sizi qane etmirsə, qoy həmin oyunu o adam oynasın.
Hisslər və emosiyalarınızın səbəbkarı ilə təmaslarda soyuqqanlı olun. Fərdi xüsusiyyətlərinizi itirməyin.

Milli.Az