Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
bildirib ki, Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media
Forumunda Bəyannamə qəbul olunacaq. Bəyannamədə türkdilli ölkələrin və
toplumların media qurumlarının və informasiya orqanlarının əməkdaşlığı
məsələsi əksini tapacaq.
Əli Həsənovun sözlərinə görə, Forumda təklif olarsa və dəstəklənərsə,
türkdilli ölkələrin və toplumların ortaq informasiya agentliyinin
yaradılması məsələsi də Bəyannamədə əksini tapa bilər.