Türkdilli ölkələrin və toplumların media orqanları və informasiya qurumlarının Koordinasiya Mərkəzi yaradılacaq
28.10.2011

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda Bəyannamə qəbul olunacaq. Bəyannamədə türkdilli ölkələrin və toplumların media qurumlarının və informasiya orqanlarının əməkdaşlığı məsələsi əksini tapacaq.
Əli Həsənovun sözlərinə görə, Forumda təklif olarsa və dəstəklənərsə, türkdilli ölkələrin və toplumların ortaq informasiya agentliyinin yaradılması məsələsi də Bəyannamədə əksini tapa bilər.