2018/2019 mövsümündə final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının formatı və təqvimi açıqlanıb.
UEFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, qitə futbol qurumu Çempionlar Liqası (ÇL) ilə yanaşı, Azərbaycanın 3 klubunun iştirak edəcəyi Avropa Liqasının da formatına bir sıra dəyişikliklər edib.
2016/2017 mövsümünün yekununa əsasən, UEFA-nın klub reytinqində ilk 17 sırada qərarlaşan ölkələrin klubları birbaşa qrup mərhələsinə vəsiqə qazanacaqlar.
2018/2019 mövsümünün iştirakçıları:
Yüksək reyinqə malik olan 5 assosiasiyanın 2 klubu: İspaniya, Almaniya, İngiltərə, İtaliya, Fransa (10)
Reytinqdə 6 – 12-ci yerdə qərarlaşan ölkələrin 1 klubu: Rusiya, Portuqaliya, Ukrayna, Belçika, Türkiyə, Çexiya, İsveçrə (7)
10 komanda ÇL-də mübarizəni dayandırdıqdan sonra Avropa Liqasının qrupuna düşəcək. Bunlardan 6-sı Liqa Yolunun (III təsnifat mərhələsində uduzanlar) təmsilçiləridir. Digər 4 kollektiv isə Çempionlar Yolundan pley-offda uduzan 4 komanda olacaq.
Təsnifat mərhələsi
2018/19 mövsümündən etibarən komandalar iki fərqli istiqamət üzrə mübarizə aparacaqlar: Çempionlar Yolu və Liqa Yolu
Çempionlar Yolu: Qrup mərhələsinə 8 vəsiqə
Burada ÇL-in ilkin mərhələsi ilə III təsnifat mərhələsi aralığında mübarizəni dayandıran komandalar yer alacaqlar. Ümumilikdə 3 mərhələ oynanılacaq:
II təsnifat mərhələsi: ilkin mərhələdə və I təsnifat mərhələsində mübarizəni dayandıran 20 komanda;
III təsnifat mərhələsi: ÇL-də II təsnifat mərhələsində mübarizəni dayandıran 10 komanda və Avropa Liqasının Çempionlar Yolunda II təsnifat mərhələsinin qalibi olan 10 kollektiv;
Pley-off: ÇL-də III təsnifat mərhələsində mübarizəni dayandıran 6 komanda və Avropa Liqasının Çempionlar Yolunda III təsnifat mərhələsində qalib gələn 10 kollektiv.
Liqa yolu: Qrup mərhələsinə 13 vəsiqə
Burada UEFA-ya üzv olan 55 milli assosiasiyanın digər təmsilçiləri və ÇL-də Liqa Yolunda II təsnifat mərhələsində mübarizəni dayandıran komandalar yer alacaqlar.
İlkin mərhələ: 16 komanda;
I təsnifat mərhələsi: 86 komanda və ilkin mərhələnin qalibi olacaq 8 kollektiv;
II təsnifat mərhələsi: 27 komanda və I təsnifat mərhələsində qalib gələn 47 kollektiv;
III təsnifat mərhələsi: 15 komanda (bura ÇL-də Liqa Yolunda II təsnifat mərhələsində mübarizəni dayandıran 3 komanda da daxildir) və II təsnifat mərhələsində qalib gələn 37 kollektiv;
Pley-off: III təsnifat mərhələsinin qalibi olacaq 26 komanda.
Təqvim
28 iyun: ilkin mərhələ, ilk oyunlar
5 iyul: ilkin mərhələ, cavab oyunları
12 iyul: I təsnifat mərhələsi, ilk oyunlar
19 iyul: I təsnifat mərhələsi, cavab oyunları
26 iyul: II təsnifat mərhələsi, ilk oyunlar
2 avqust: II təsnifat mərhələsi, cavab oyunları
9 avqust: III təsnifat mərhələsi, ilk oyunlar
16 avqust: III təsnifat mərhələsi, cavab oyunları
23 avqust: pley-off mərhələsi, ilk oyunlar
30 avqust: pley-off mərhələsi, cavab oyunları
20 sentyabr: qrup mərhələsi, I tur
4 oktyabr: qrup mərhələsi, II tur
25 oktyabr: qrup mərhələsi, III tur
8 noyabr: qrup mərhələsi, IV tur
29 noyabr: qrup mərhələsi, V tur
13 dekabr: qrup mərhələsi, VI tur
14 fevral: 1/16 final, ilk oyunlar
21 fevral: 1/16 final, cavab oyunları
7 mart: 1/8 final, ilk oyunlar
14 mart: 1/8 final, cavab oyunları
11 aprel: 1/4 final, ilk oyunlar
18 aprel: 1/4 final, cavab oyunları
2 may: 1/2 final, ilk oyunlar
9 may: 1/2 final, cavab oyunları
29 may: Final, Bakı Olimpiya Stadionu
report.az