"Azercell" yeni xidmət işə salacaq
28.2.2018

"Azercell" mobil rabitə operatoru LTE şəbəkəsi üzərindən səsli rabitə xidmətini (VoLTE) işə salmağa hazırlaşır.

Bunu mətbuat konfransı zamanı şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

O qeyd edib ki, yeni rabitə texnologiyası artıq sınaqdan keçirilib.

V.Mürsəliyevin sözlərinə görə, xidmətin işə salınması üçün avadanlığı "Ericsson" şirkəti tədarük edəcək.

trend