BNA: İl ərzində 700-dən çox avtobus kart sisteminə keçəcək
28.2.2018

Bakı Nəqliyyat Agentliyi (BNA) bu il ərzində 700-dən çox nəqliyyat vasitəsini kart sisteminə keçirməyi nəzərdə tutur.

Bunu BNA-nın direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, nağdsız ödəniş sistemi nəqliyyat sistemində şəffaflığı təmin edir:

"Bu sistem sürücü məsuliyyətini artırır. Sürücü artıq sovet dövründən qalma "planvermə" sistemi ilə işləmir".

M.Abbasov bildirib ki, BNA fəaliyyəti dövründə 50-dən çox yeni nəqliyyat vasitəsi gətirib.

Müşavirin sözlərinə görə, dövlət tərəfindən 300-350 nəqliyyat vasitəsinin gətirilməsi planlaşdırılır.


trend