Meyvə çayı və ətirli sular kimi turş içkilər dişlərin sıradan çıxmasına və diş minasına zərər vura bilər.
London Kral Kollecinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.
Aparılan müşahidələr nəticəsində məlum olub ki, yeməkdən əvvəl və sonra bu cür içkilərin içilməsi dişlərin turşudan eroziya riskini artırır.
Təcrübələrdə 300-ə yaxın diş xəstəliyindən əziyyət çəkən şəxs iştirak edib.
Mütəxəssislərin fikrincə meyvə suları və çayları, pəhriz içkiləri, eləcə də tərkibində çoxlu şəkər olan içkilər dişləri sıradan çıxarır. Amma yemək zamanı bu içkilərin içilməsi riski iki dəfə azaldır.
trend