Formula-1-in “Liberty Media”dan olan yeni sahibləri qarşıdakı mövsümdə F1 TV rəqəmsal internet kanalını işə salacaqlar. Bu kanalda aylıq 8-12 dollarlıq abunə ödənişi ilə Qran-Prinin bütün sessiyalarının canlı yayımını və dəstək yürüşlərini izləmək mümkün olacaq.
“F1News.ru”ya istinadla xəbər verilir ki, azarkeşlər, həmçinin yürüşlərin böyük arxivindən də zövq ala biləcəklər. Düzdür, xidmətin əvvəlcə bütün ölkələrdə istifadəsi mümkün olmayacaq.
Rəqəmsal və yeni biznes üzrə direktor Frank Arthofer deyib: “Formula-1 telekanalının işə salınması bizim rəqəmsal yayımımızın baza elementi rolunu oynayacaq. Ödənişli abunə bizim ən sadiq pərəstişkarlarımıza istiqamətləndirilib. Biz qətiyyətlə inanırıq ki, yeni auditoriyanı cəlb etməklə yanaşı, ən sadiq azarkeşlərimizə yüksək xidməti təmin etməliyik. F1 TV-nin yaradılması, sadəcə olaraq, idman yayımlarının zəngin təcrübəsindən istifadə edərək, azarkeşlərə Qran-Pri yarışlarını canlı izləmək üçün ən yaxşı xidmət göstərmək məqsədi daşıyır”.
azertag.az