Azərbaycan 2017-ci ildə Rusiyaya pomidor tədarükünün həcminə görə lider olub.
Məlumata görə, ötən il Azərbaycan RF-yə pomidor ixracını 1,5 dəfə - 151 min tonadək (151 milyon dollar) artırıb. Belə olan halda, ölkənin Rusiya idxalının illik həcmində payı 30 faizədək (2016-cı ildə 22 faiz) artıb.
Rusiya Federal Gömrük Xidmətinin hesabatına istinadən Çin RF-yə pomidor tədarükü üzrə ikinci (109 min ton - 26 faiz), Mərakeş isə üçüncü (97 min ton - 23 faiz) sıradadır.
trend.az