Prezident İlham Əliyev dağınıq skleroz xəstəliyinin müalicəsi və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramını təsdiq edib
1.3.2018

Prezident İlham Əliyev "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Səhiyyə Nazirliyinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin; Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

trend.az