2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı işlər nəzərdə tutulmuş qrafikə uyğun davam edir.
Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, bilet satışları gözlənildiyi kimi uğurla gedir və yarışmaya maraq əvvəlki illərdən daha yüksəkdir. N.Arpadarainin sözlərinə görə, tikinti işləri də qrafikə uyğun davam edir: "Çalışırıq ki, tikinti işləri ilə bağlı yollar bağlanmasın, insanlara narahatlıq yaradılmasın. Mart ayında bütün əsas tikinti işləri, o cümlədən tribunaların quraşdırılması başa çatdırılacaq, ümumilikdə isə tikinti işləri son günə qədər davam edəcək, çünki yarışma zamanı yollar bağlanır və bunun üçün də həmin vaxt müəyyən işlər görülməlidir".
Həmçinin N.Arpadarai yarış günləri dənizkənarı bulvarın bağlanacağını diqqətə çatdırıb.
Qeyd edək ki, ötən il də iyunun 23-25-dək Bakıda keçirilən Formula 1 yarışı ilə əlaqədar dənizkənarı bulvar bağlı olub. Belə ki, həmin zonaya giriş bileti olan insanlar üçün açıq olub.
Qeyd edək ki, 2018-ci ildə keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışına 2017-ci il noyabrın 6-dan start verilib.
trend