Bakıda muzdlu işçilərin sayı artıb.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2017-ci ilin yanvar-dekabr aylarında paytaxt üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3881 nəfər artaraq 698900 nəfər olub.
2017-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,1 faiz artaraq 785,8 manat olub.
2017-ci ilin IV rübündə Bakıda 14713 yeni, o cümlədən 14498 daimi iş yerləri açılıb. 2017-ci ilin IV rübündə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,5 faiz artıb.
Ötən il ərzində cəmi 68714 yeni, o cümlədən 67222 daimi iş yerləri açılıb.
report.az