Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı” MMC-nin yeni innovasiyalar mərkəzi 2019-cu ilin sonunadək istifadəyə veriləcək.
Bunu Bakıda “Microsoft” innovasiya forumu zamanı MMC-nin rəhbəri Tural Kərimli deyib.
T.Kərimli qeyd edib ki, ərazisi 7 min kvadrat metrədək olan mərkəz “Bakı Telefon Rabitəsi” MMC-nin Xətai telekommunikasiya qovşağında yerləşəcək: “Mərkəzdə fəaliyyət göstərəcək bütün IT şirkətlərinə rezident statusu veriləcək ki, bu da onlara vergi üstünlüklərindən yararlanmağa imkan verəcək”.
Qeyd edək ki, mərkəzin ərazisinin 10 faizinin inzibati idarəetməyə, qalan sahənin startap-layihələrin fəaliyyəti üçün ayrılacağı nəzərtə tutulur.
trend