"Yüksək Texnologiyalar Parkı”nın innovasiyalar mərkəzinin yaradılacağı tarix açıqlanıb
1.3.2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı” MMC-nin yeni innovasiyalar mərkəzi 2019-cu ilin sonunadək istifadəyə veriləcək.

Bunu Bakıda “Microsoft” innovasiya forumu zamanı MMC-nin rəhbəri Tural Kərimli deyib.

T.Kərimli qeyd edib ki, ərazisi 7 min kvadrat metrədək olan mərkəz “Bakı Telefon Rabitəsi” MMC-nin Xətai telekommunikasiya qovşağında yerləşəcək: “Mərkəzdə fəaliyyət göstərəcək bütün IT şirkətlərinə rezident statusu veriləcək ki, bu da onlara vergi üstünlüklərindən yararlanmağa imkan verəcək”.

Qeyd edək ki, mərkəzin ərazisinin 10 faizinin inzibati idarəetməyə, qalan sahənin startap-layihələrin fəaliyyəti üçün ayrılacağı nəzərtə tutulur.

trend