Karateçilərimiz Zalsburqda “Karate-1 Seria A” turnirində iştirak edəcəklər
1.3.2018

Karate üzrə Azərbaycan milli komandasının əsas və əvəzedici heyətinin bir neçə üzvü martın 2-4-də Avstriyada “Seria A” turnirində iştirak edəcək.

Dünya Karate Federasiyasının (WKF) “Karate-1” yarışlarından olan Zalsburq mərhələsində səkkiz idmançımız mübarizə aparacaq.

Qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (84 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq.

Qeyd edək ki, turnirdə 88 ölkədən 1597 idmançı medallar uğrunda mübarizə aparacaq.

azertag.az