Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən bildirilib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti bəzi magistral yollarda nəqliyyatın hərəkətində problemlər yaradıb. Hazırda Quba-Xaçmaz və Gədəbəy rayonlarına gedən yollarda qar müşahidə olunsa da, yollar nəqliyyatın hərəkəti üçün açıqdır: “Yollar qardan təmizlənir, nəqliyyatın hərəkəti tənzimlənir. Lakin hər hansı hadisənin baş verməməsi üçün sürücülərdən diqqətli olmaları tələb edilir. Sürücülərdən idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etmələri, yüksək sürətdən uzaq olmaları xahiş olunur”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də yağmurlu hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. İdarədən bildirilib ki, yağışlı hava şəraiti bəzi yollarda tıxaca səbəb olub. Hazırda yol polisi paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər görür.
APA