Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu bu dəfə da maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, məktəblilər teatrın səhnəsində martın 3-də “Dəcəl keçi”, “Aydın”, 4-də “Qaraca qız”, “Şeyx Sənan” tamaşalarını izləyə biləcəklər.
Tamaşalarda Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Rahib Əliyev, Gülər Nəbiyeva, aktyorlar Elşən Hacıbabayev, Manaf Dadaşov, Asya Atakişiyeva, Səbinə Məmmədova, Anar Seyfullayev, Rövşən Abbasov və digər sevilən sənətkarlar rol alıb.
Tamaşalara biletləri mərkəzləşdirilmiş kassalardan və “ASAN xidmət”in filiallarından əldə edə bilərsiniz.
azertag.az