Аzərbаycаn Dillər Univеrsitеti (ADU) ali məktəbdə bоş оlаn vəzifələrin tutulması üçün müsаbiqə еlаn еdib.
Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.
Müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini təhsil nazirinin 7 avqust 1996-cı il tarixli, 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” sənədin tələblərinə uyğun olaraq bu gündən rektorun adına yazılan ərizə ilə birlikdə aşağıdakı ünvana göndərə bilərlər.
Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi 134.
Tеl.: 441-22-78 (daxili-230)
441-22-79 (daxili -230)
Sənəd qəbulu bir ay davam edəcək.
Vakant vəzifələr aşağıdakılardır:
1. Xarici dillərin tədrisi metodikası (TF), dosent - 0,5 yer, baş müəllim - 3 yer
2. Xarici dillər (TF), baş müəllim - 2,25 yer, müəllim - 0,75 yer
3. Xarici dillər (BMİF), baş müəllim - 1 yer, müəllim -1 yer
4. Xarici dillər (TMF), dosent - 1 yer, baş müəllim - 2 yer
5. Xarici dillər (FJF), dosent - 0,5 yer
6. Azərbaycan dilçiliyi, dosent - 1,5 yer
7. Psixologiya, baş müəllim - 2 yer
8. Fəlsəfə və ictimai elmlər, dosent - 1,5 yer, müəllim - 0,5 yer
9. German dillərinin tərcümə nəzəriyyəsi və praktikası, baş müəllim - 3 yer
10. Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası, baş müəllim - 1,5 yer, müəllim - 1 yer
11. Alman dilinin leksikologiyası və üslubiyyatı, dosent -1 yer, baş müəllim - 0,5 yer
12. Fransız dilinin leksikologiyası və üslubiyyatı, baş müəllim - 2 yer
13. Alman dilinin fonetikası və qrammatikası, dosent -0,5 yer, baş müəllim -1 yer, müəllim - 0,5 yer
14. İngilis dilinin leksikologiyası və üslubiyyatı (FJF), dosent - 1 yer
15. İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 (TF), baş müəllim - 2 yer
16. İngilis dilinin leksikologiyası və üslubiyyatı 2(TF), baş müəllim - 1 yer
17. İngilis dilinin fonetikası, baş müəllim - 3 yer
18. İngilis dilinin qrammatikası, baş müəllim - 2 yer
19. Linqvokulturologiya, dosent - 2 yer
20. Ümumi dilçilik, professor - 0,5 yer, müəllim - 0,5 yer
21. Beynəlxalq münasibətlər, müəllim - 0,5 yer
22. Mülki müdafiə və tibbi biliklərin əsasları, baş müəllim - 0,5 yer
23. Xarici ölkələr ədəbiyyatı, baş müəllim - 1 yer
report.az