“Bank Respublika” xanımlara 9 hədiyyə vəd edir
5.3.2018

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində (5-7 mart tarixlərində) “Bank Respublika” ASC-nin istənilən ofisinə müraciət edən xanım müştərilər eyni anda 9 hədiyyə qazanacaqlar.

Bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumata görə, həmin hədiyyələr aşağıdakılardır:

-Komissiyasız nağd pul krediti;

-Komissiyasız mikro kredit;

-Komissiyasız kredit xətti;

-Komissiyasız “Paykart” kredit kartı;

-Pulsuz (ilkin mədaxilsiz) MC GOLD LİTE debet kartı (5 illik);

-“Bakı Sığorta” ASC-nin təqdim etdiyi PULSUZ “Mənim Əmlakım” sığorta məhsulu;

-Pulsuz SMS məlumatlandırma xidməti (6 aylıq);

-Pulsuz internet bankinq xidməti;

-Pulsuz 3D Secure xidməti;

“Bank Respublika”nın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.bankrespublika.az saytına, Bankın facebook səhifəsinə müraciət etmək və yaxud 144 qısa nömrəsinə zəng etmək olar.

report.az