"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasından gəlirini 8% artırıb
5.3.2018

"Azərbaycan Dəmir Yolları" QSC 2017-ci ildə daxili imkanları hesabına 4 ədəd TEM-2 seriyalı manevr teplovozu alıb.

Bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, dövlət şirkəti ötən il yük daşınmasından 265,1 mln. manat, sərnişin daşınmasından isə 14,2 mln. manat gəlir əldə edib. Bu isə 2016-cı illə müqayisədə 0,5% və 7,6% çoxdur.

"Ötən il xarici investisiyalar hesabına maliyyələşdirilən layihələr çərçivəsində dəmir yollarının inkişafına 548,45 mln. manat investisiya yönəldilib. Bakı-Böyük Kəsik sahəsində 227,6 km yol əsaslı təmir edilib", - deyə hesabatda qeyd olunub.

report.az