Bu il ərzində Azərbaycanda beynəlxalq səviyyəli gənc tamaşaçılar, kukla teatrları festivallarının keçirilməsi planlaşdırılır. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Nazir əlavə edib ki, ötən il ayrı-ayrı televiziya kanallarının, dövlət studiyalarının təqdim etdikləri 372 film dövlət reyestrində qeydə alınıb.
Qarayev ötən il Mədəniyyət və Turizm Nazirliyi sistemində muzeylərin sayının 212-yə çatdırıldığını da bildirib.
trend.az