Bakıda "Formula 1" yarışına hazırlıqla bağlı işlərin 70 faizi görülüb.
Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
O qeyd edib ki, görülən işlərdə heç bir gecikmə və problem yoxdur.
Nazir bildirib ki, ötən illə müqayisədə bu il elə də böyük dəyişiklik gözlənilmir: "Yalnız əyləncə proqramında yenilik olacaq. Belə ki, bildiyiniz kimi, bu il "Formula 1" yarışı apreldə keçiriləcək və hava şəraiti ilə əlaqədar olaraq konsert proqramı Bakı bulvarında deyil, "Baku Crystal Hall"da təşkil ediləcək".
Xatırladaq ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran-Prisi bu il aprelin 27-29-da keçiriləcək.
trend.az