Dünyanın ən böyük texnologiya sərgisi "CES 2013" bir-birindən maraqlı ixtira və məhsulların nümayiş olunduğu səhnədir.
Bu günlərdə burada sərgilənən düşüncə gücüylə hərəkət edə bilən vertolyot dünyanın diqqətini özünə çəkib. Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verilir.
"Puzzlebox Orbit" adlı layihə nəhayət ki, reallığa çevrilib. Beyin dalğalarını qəbul edən sensorlar sayəsində əsas uçuş hərəkətlərini həyata keçirməyə qadir olan sözügedən vertolyot görənləri özünə heyran qoyub.
Artıq "Puzzlebox Orbit" 189 dollara satışa çıxarılıb.
trend.az