Artıq süni intellekt insanın infarkt və ya digər ürək-damar xəstəlikləri ilə rastlaşması riskini müəyyənləşdirə bilər.
“Google”un neyroşəbəkəsi proqrama yüklənmiş tibbi məlumatlarla əldə olunmuş informasiyanı müqayisə edərək, pasiyentin gözünün qan damarlarının təsvirini emal edə bilər.
İnformasiyanın emalını daha da sürətləndirmək üçün neyroşəbəkə, həmçinin pasiyentin tibbi kartına yazılmış müalicə və diaqnostikanın nəticələrindən istifadə edə bilər. Məsələn, damarların vəziyyətinin yoxlanılması və xəstəliklərin proqnozlaşdırılması zamanı ürək-damar sisteminə mənfi təsir edən amillər (daha əvvəl keçirilmiş xəstəliklər, zərərli vərdişlər və s.) haqqında məlumatlardan istifadə etmək mümkündür. İstehsalçılar neyroşəbəkənin növbəti beş il ərzində sağlamlıqla bağlı problemləri yetmiş faiz dəqiqliklə proqnozlaşdıracağını bildiriblər.
lent.az