Bu gün tramvay istənilən hava şəraitində sərnişinlərin təhlükəsiz daşınması üçün ən münasib və ekoloji təmiz nəqliyyat vasitəsidir.
Bakıda ilk tramvay 1924-cü ildə fəaliyyət göstərməyə başlayıb və Azərbaycan Cənubi Qafqazda bu nəqliyyat vasitəsinin istifadə edildiyi ilk ölkədir.
E.Axundovun sözlərinə görə, əvvəllər Bakıda bu nəqliyyat vasitələrini enerji ilə təmin edən xüsusi transformator stansiyası var idi.
"İndi isə bütün infranstruktur dağıdılıb. Tramvayın bərpa olunması üçün əvvəllər bu nəqliyyat vasitələrinin keçdiyi yerlərdəki tikililər sökülməlidir, küçələr genişləndirilməlidir. Bu səbəbdən mən hesab edirəm ki, yaxın 50 il ərzində Bakının mərkəzində tramvay görmək mümkün olmayacaq. Lakin Mərdəkan, Şıxov və Lökbatan istiqamətində monorelsli yollar tikmək mümkündür. Şəhərin içində isə tramvayları bərpa etmək praktiki cəhətdən mümkün deyil", - o əlavə edib.
Qeyd edək ki, Böyük Bakı regional inkişaf planının baş mühəndisi Əhliman Şükürov Fineco/abc.az saytına bildirib ki, gələcəkdə Bakıda tramvaylar bərpa olunacaq.
Milli.Az