Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov II Bundesliqa təmsilçisi “Kayzerslautern”in əsas komandasından dəvət alıb. Dadaşov hazırda komandanın düşərgəsində təlim-məşq toplanışında iştirak edir.
Futbolçumuz artıq yoxlama oyununda da çıxış edib. Belə ki, baş məşqçi Franko Foda Oberliqa təmsilçisi “Mextershaym”la oyunun ikinci yarısında həmyerlimizi meydana buraxıb.
O, ilk yarıda dubl etmiş hücumçu Yulian Derştroffu əvəzləyib. Ancaq Rüfət ikinci yarıda fərqlənə bilməyib. Mərakeşli Azauaq və Aygentorun qolları ilə “Kayzerslautern” 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bundan öncə millinin digər futbolçusu Əli Gökdəmir “Hannover 96”nın əsas komandasına dəvət olunub. Ancaq Gökdəmir komandasının Portuqaliyadakı toplanışında “Herenven”lə oyunda debüt etsə də, əzələ bağları zədələndiyi üçün təxminən 25 dəqiqə oynayıb. Gökdəmirdən fərqli, Rüfət millinin Dubay toplanışına çağırılıb.
Milli.Az