“Keşlə” - “Neftçi” oyununun yeri dəyişdirilib
6.3.2018

Futbol üzrə Azərbaycan Prmyer Liqasının XIX turu çərçivəsində keçiriləcək “Keşlə” – “Neftçi” oyununun yeri dəyişdirilib.

Peşəkar Futbol Liqasından (PFL) verilən məlumata görə, dəyişiklik "Keşlə" klubunun müraciəti əsasında gerçəkləşib. Klub ev oyunlarını keçirdiyi “İnter Arena”da dövlət əhəmiyyətli tədbirin nəzərdə tutulduğunu əsas gətirərək, XIX tur matçının yerinin dəyişdirilməsini istəyib.

PFL “Keşlə”nin müraciətini və “Neftçi”nin razılıq məktubunu nəzərə alaraq qərara alıb ki, görüş martın 9-da "Bakcell Arena"da təşkil olunsun. XIX turda meydan sahibi “Neftçi” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında isə meydan sahibi kimi “Keşlə” klubu təsdiq edilsin.

report.az