Bakı Xətai Sənət Mərkəzi tərəfindən elan edilən “İstedad sorağında-3” adlı rəsm müsabiqəsi davam edir.
Sənət mərkəzindən məlumat verilib ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gerçəkləşib. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşdırılan müsabiqə istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, habelə yetişməkdə olan nəslin təsviri sənətə marağının artırılması məqsədi daşıyır. Müsabiqə 16-29 yaşarası gənclər arasında keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini aprelin 30-dək xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər.
Qeyd edək ki, müsabiqənin informasiya dəstəkçiləri sırasında AZƏRTAC-da var.
azertag.az