Sizi ən məşhur oyuncaqların tarixçəsi ilə tanış edirik.
Lego konstruktoru
Lego kompaniyası dünyada avtomobil şini istehsal edən ən böyük şirkətdir. O, ildə 300 milyon miniatür avtomobil şini istehsal edir. Lego-nun 6 detalından120 milyon kombinasiya düzəltmək mümkündür.
Oyuncaqlar barədə maraqlı faktlar
Barbi kuklası
Barbi kuklasının adı onun yaradıcısı Rut Xendlerin qızının adının şərəfinə qoyulmuşdur. Barbi əsasən alman kuklalarının - erotik komisks qəhrəmanı Bild Lillinin nümunələri üzrə hazırlanmışdır.
Oyuncaqlar barədə maraqlı faktlar
«Monopoliya» oyunu
Bu oyun 1932-ci ildə işsiz satıcı Çarlz Berrou tərəfindən dünya iqtisadi böhranı vaxtı yaradılmışdır. 1983-cü ildə su altında davam etməsinə görə «Monopoliya» rekord vurmuşdur – oyun 1080 saat davam etmişdir.
Oyuncaqlar barədə maraqlı faktlar
Yumşaq ayı
Bu ayılar ilk dəfə ABŞ prezidenti Teodor Ruzveltin şərəfinə yaradılmışdır.
Bu, o, ovda olarkən yaralı ayı balasına yazığı gələrkən baş vermişdir.
Oyuncaqlar barədə maraqlı faktlar
Rubik kubik
İlk dəfə macar heykəltaraşı Erno Rubik tərəfindən yaradımışdır. Bu oyunda – 43 252 003 274 489 856 000 kombinasiya və bir yeganə həll var. Dünyada 300 milyondan artıq Rubik kubik satılmışdır.
Big.az