ARGTMŞ təlimçilər üçün yeni imkanlar təşkil edir
11.1.2013

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) təlimçilər üçün yeni imkanlar təklif edir.

İmkanlar gənclər təşkilatlarının rəhbər, işçi heyəti və fəal üzvlərinin bilik və bacarıqların artırılması, həmçinin gənclər üçün qeyri-formal təhsilin həyata keçirilməsi istiqamətində aparılan fəaliyyəti çərçivəsindədir.

Namizədə dair tələblər isə ali təhsil, təlim metodikaları haqqında anlayış, təlimçilik fəaliyyəti sahəsində minimum 3 illik təcrübə, Azərbaycan dilində mükəmməl danışmaq və yazmaq bacarığı, auditoriya ilə işləmək təcrübəsi, müxtəlif yaş təbəqələri ilə işləmək təcrübəsi, zəruri hallarda regionlara səyahət imkanın olmasıdır.

Həmçinin şəxsi keyfiyyətlərə isə liderlik bacarıqlarının, kommunikasiya bacarıqlarının və enerjili, aktiv həyat tərzinin olmasıdır. Bununla yanaşı ünsiyyət qurmaq bacarığının və iş fəaliyyətinin yüksək səmərəli olmasıdır. Eyni zamanda özünü təşkiletmə bacarıqlarının yüksək olması və nəticəyə yönəlmiş fəaliyyət təşəbbüskar, diqqətcil, məsuliyyətli, icraçılıq xüsusiyyəti olmalıdır.

Öhdəliklərə isə təlim ehtiyacların təhlil edilməsi, təlim proqramlarının ehtiyaclara müvafiq olaraq uyğunlaşdırılması, təlim keçirilməsi üçün tədris metodologiyasının hazırlanması, təlim səmərəliliyinin qiymətləndirilməsi və hesabatların hazırlanması daxildir.

Müraciət etmək istəyən şəxslər təlimçi portfoliosunu info@nayora.az ünvanına göndərilməlidir.

Təlimçi portfoliosuna təlimçinin fotoşəkili daxil olmaqla CV/rezume-si (iştirak etmiş və keçirilmiş təlimlərin siyahısını göstərilməklə), təklif olunan təlim mövzularının siyahısı (ümumi təlim mövzuları arasında müraciət edənin peşəkarlaşdığı 3 əsas mövzu göstərilməklə), istənilən mövzu üzrə nümunəvi təlimin proqramı, təqdimatı və planı aiddir.

Qeyd olunmuş bütün sənədlər PDF formatında göndərilmə şərti ilə həcmi 3MB-dan artıq olmamalıdır. Qeyd edək ki, sənədlər alındığı halda tərəfinizdən göndərilmiş email ünvanına sənədlərin alınması haqqında təsdiq məktubu göndəriləcək. Müraciət edənlərin arasında seçilmiş təlimçilərlə təlimin vaxtı fərdi olaraq razılaşdırılacaq.

Sənədlərin son göndərilmə tarixi isə 21 yanvar saat 18:00-dəkdir.

Qeyd edək ki, göndərilmiş sənədlər göstərilən vaxtadək göndərilmədikdə və ya göstərilmiş formata və siyahıya uyğun olmadıqda baxılmayacaq.

Gun.az