Azərbaycan Prezidenti Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib
7.3.2018

Bu gün Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.

report.az