Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H. Abbasov adına Mədəniyyət Evində 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti keçirilib.
Konsertdə idarənin əməkdaşları, məktəb direktorları və qəsəbə sakinləri iştirak ediblər. Konsert çərçivəsində tanınmış müğənni Rahidə Baxışova öz repertuarından ən çox sevilən mahnıları ilə tamaşaçıların könülünü oxşayıb.
Həmçinin konsertdə Əməkdar Artist Səlim Abbasov, müğənni Kənan Qədimov və “Qala” qrupu da çıxış edib.
azertag.az