"Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, bayramda sərnişin sıxlığının artdığı nəzərə alınaraq Bakıdan Naxçıvana əlavə aviareyslər olacaq.
"Bununla yanaşı, bütün istiqamətlərdə çarter reyslərinin təşkili, təyyarələrin daha böyükləri ilə əvəzlənməsi mümkündür", - o qeyd edib.
report.az