Martın 15-də Türkiyə və Azərbaycan artistləri Moskvanın "Krokus Siti Holl" səhnəsində ilk dəfə çıxış edəcəklər.
"Krokus Siti Holl"un saytına istinadla xəbər verilir ki, "Türkiyə-Azərbaycan gecəsi" adlı konsertdə çıxış edəcək 15 musiqiçi arasında Yaşar Yusub, Parlak Banu, Adil Karaca, Samira Əfəndi, Çingiz Mustafayev, Vasif Əzimov, Pərviz Bülbülə, Damla, Yusuf Güney, İlyas Yalçıntaş, Türkan Vəlizadə, İsmayıl YK və dijey Roşa çoxminli auditoriya üçün ən yaxşı hitlərini ifa edəcəklər.
İki ölkənin ən yaxşı musiqiçiləri şux mahnıları, rəqs nömrələri, baraban şousu, duetləri, eləcə də müasir Azərbaycan və türk estradası ilə tamaşaçıları tanış edəcəklər.
Konsertə biletləri "Krokus Siti Holl"un kassalarından və www.crocus-hall.ru internet səhifəsindən əldə etmək olar.
azertag.az