Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar izləniləcək
9.3.2018

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu dörd tamaşa nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, martın 10-da saat 12:00-da “Hacı-Qara”, saat 19:00-da isə “Nuri-didə Ceyhun” tamaşaları təqdim ediləcək. Martın 11-də saat 19:00-da isə teatrsevərlər “O olmasın, bu olsun” tamaşasını izləyəcəklər. Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv martın 11-də saat 12:00-da balaca tamaşaçılarının görüşünə “Bir dayan canavar” tamaşası ilə gələcək.

Tamaşalarda Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, Əzizağa Əzizov, Anton Ferşdant, Ələkbər Əliyev, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Nicat Əli, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov və başqaları iştirak edirlər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

azertag.az