“Baku Chamber” orkestrinin konsert proqramı qadınlara həsr olunub
9.3.2018

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber” Gənclər Kamera Orkestri Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Konsert proqramından əvvəl çıxış edən orkestrin baş dirijoru, Əməkdar Artist Fuad İbrahimov qadınları bayram münasibətilə təbrik edib, onların cəmiyyətdə rolundan danışıb.

Tədbir musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib.

Əməkdar Artist Fuad İbrahimovun baş dirijorluğu ilə solistlər - Ümidə Abasova, Rauf Abıyev, Xəyalə Abdullayeva, Nəzrin Aslanlı, Şəms Ağazadə, Aydan Salamova, Aytən İbrahimova və Rəşid Əliyevin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri təqdim olunub.

Sonda Xalq Artisti, professor Fərhad Bədəlbəyli səhnəyə çıxaraq qadınları təbrik edib və öz kompozisiyasından “Dəniz” əsərini səsləndirib.

azertag.az