Bakıda “Könül inciləri” adlı sərgi açılacaq
9.3.2018

Martın 24-də Bakı Xətai Sənət Mərkəzində “Könül inciləri” adlı sərgi açılacaq.

Modelyer-rəssam Könül İncənin əsərlərinin nümayiş edildiyi sərgidə 30-dək əsər təqdim olunacaq.

Sərgidə rəssamın müxtəlif mövzularda yağlı boya, qrafika, sulu boya və digər texnikalarda işlədiyi əsərlər nümayiş ediləcək.

azertag.az