Martın 10-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-də imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. Saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanındakı inzibati binasında başlanacaq imtahanın müddəti 3 saat 45 dəqiqədir.
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı http://dim.gov.az/activities/exams/sat/ keçidindən əldə etmək mümkündür.
azertag.az