Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli “Tibb”
qəzetinə müsahibəsində bildirib ki, musiqi qammasında
olan səslərin insan orqanlarına müxtəlif təsiri var: “Hazırda “Muğam terapiyası” adlı layihə üzərində işləyirik. Bu müalicə
metodundan istifadə etsək, həm səhiyyəmizə xidmət göstərəcək, həm də
dünyanın diqqətini ölkəmizə, milli musiqimizə cəlb edəcəyik”.
Rektoru onu da qeyd edib ki, bəzi həkimlər əməliyyat proseslərində musiqidən istifadə edirlər.