YAY qalereyasında "PAT vəziyyəti" adlı sərgi keçiriləcək
14.1.2013

Yanvarın 16-da Bakıda YAY qalereyasında "PAT vəziyyəti" adlı sərginin açılışı olacaq. Trend-in məlumatına görə, "YARAT!" Müasir İncəsənət Məkanına məxsus kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada, "Mars" qalereyasında, 3-cü Beynalxalq Biennale Gənclərin İncəsənəti sərgisi çərçivəsində uğurla təqdim edilib.

Müasir dünyada kişilər və qadınlar arasında olan qarşılıqlı münasibət dəyişən yaşam şəraitinin kontekstində həmişə maraqlı və aktualdır. Onilliklərlə gender mövzusunda davam edən sosial-mədəni araşdırmalar demək olar ki, cinslər arasında olan münasibətlərə aydınlıq gətirmədi, əksinə hər şey daha da mürəkkəbləşdi.

Çətinliklərin dərəcəsinin artması onunla əlaqələndirilir ki, müasir dünyada posmodernizmdən təyin olunmayan "X" zamanına keçid baş verir. Bu zəmanə özündə müxtəlif sistemləri birləşdirəcək: ənənəvi cəmiyyətdə yaşayanların zamanı ilə müasirlik rejimində yaşayanların zəmanəsini. Amma bir çox ölkələr qarışıq zəmanələr zonasında mövcud olur, hansı ki, bununla nəinki gender problemini radikallaşdırır, həm də yaradıcılıq üçün maraqlı materiallar verir. Misal üçün, Azərbaycandan gənc rəssamlar - Azərbaycanda yaşayan əfqan rəssam və 3 nəfər azərbaycanlı xanım rəssam.

Əfqan rəssam Reza elə bir ölkədəndir ki, orada şəriət qanunları höküm sürür. Rezanın yaradıcılığı da daha çox patriarxal xarakter daşıyır: rəssam arxi-ənənəvi vasitələrdən istifadə edir - karandaş və kağız. Onun qəlbində şərq qərblə, cənub şimalla mübarizə aparır, çünki öz xanım həmkarlarından fərqli olaraq, o islam ölkəsindən dünyəvi ölkəyə - Azərbaycana gəlib və məcburdur ki, uyğunlaşsın. Qızlar doğulduqları gündən daha dünyəvi bir məkanda yaşayırlar. Həm də onların öz yaradıcılıq ideyalarının reallaşdırmaları üçün vasitə seçimi də çox genişdir - bu həm heykəltəraşlıq instalyasiyaları, həm video...

İki növ dünyagörüşünün və iki ayrı cinsin toqquşması maraqlı nəticə vəd edir: hansının görünüşü tamaşaçı üçün orijinal və aktual olacaqdır? Müasirlik şüalarını sındıran barışmaz, sərt və çox ənənəvi kişi optikası, yoxsa qadınların kişi dominantlığını yuyub aparan problemə yanaşma tərzi?

trend.az