Bakının 2 avtomagistralında sürət həddi endirilib
12.3.2018

Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub.

Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilib ki, yollardakı sürət həddinə əməl etsinlər.

report.az