Nazirlər Kabineti "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" qərara dəyişiklik edib.
Yeni dəyişiklərə əsasən, bu qərara "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatında, Beynəlxalq Peyk Rabitəsi Təşkilatında, Avropa Peyk Rabitəsi Təşkilatında, Avropa Kosmik Agentliyində, BMT-nin Kosmosdan dinc məqsədlərlə istifadə Komitəsində və digər aidiyyəti beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının təmsil olunması, həmçinin xarici dövlətlərin kosmik agentlikləri və təşkilatları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi" məzmunda bənd əlavə edilib.
Bundan əlavə, kosmosdan dinc məqsədlərlə istifadə sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üçün aidiyyəti olaraq təklif verilməsi və tədbir görülməsinə, icranın əlaqələndirilməsinə, kosmik elmin və texnikanın nailiyyətlərinin təbliğ edilməsinə, fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirilməsinə və digər tədbirlərin ölkədə və xaricdə təşkil edilməsinə dair qərara bəndlər əlavə edilib.
Qərara əsasən, Azərbaycanın Nazirlər Kabineti tərəfindən müəyyən edilən inkişaf istiqamətləri əsasında Cəmiyyətin perspektiv inkişaf planını, Cəmiyyətin struktur bölmələrinin, filial və nümayəndəliklərinin əsasnamələrini, tabeliyində olan hüquqi şəxs statuslu qurumların nizamnamələrini qanunvericiliyə uyğun olaraq təsdiq edir.
Qərara sosial-iqtisadi inkişaf, kommersiya, elmi fəaliyyət və dövlət məqsədləri üçün müxtəlif hündürlükdə istismar olunan peyklərin, sair aparatların idarə edilməsinə dair bənd də əlavə olunub.
trend