300 metrlik əmmamə və bıçaqlı Nəhəng
14.1.2013

Hindistanın şimalındakı Amritsar şəhərində siqhlərin ənənəvi bayramı olan Maghi Mela keçirilib.

Asian Age-ə istinadən bildirilir ki, bayramda siqhlərin ən müqəddəs məkanı sayılan Qızıl Məbəd-ə yığışan siqhlər daha sonra "savaş yarışları" keçiriblər.
Siqhlərin arasında "ruh döyüşçüləri" adlandırılan, "Nahang", yəni "Nəhəng" kimi tanınanlar da vardı.

Bu adamların başlarındakı əmmamənin bağlanmasına 300 metr parça istifadə olunmuşdu və içində də onlarla kiçik xəncər vardı.

Ginnesin Rekordlar Kitabına düşmüş "Nəhəng"lərdən birinin əmmaməsinin hazırlanmasına 400 metr parça sərf olunmuşdu. Həmin əmmamənin ağırlığı 35 kq idi.

Maghi Mela və ya Lohri bayramı Xidrana savaşının xatirəsidir. Bu savaşda Böyük Moğollar İmperiyasının qoşunları ilə siqhlərin 10-cu qurusu Qobind Sinqh Cinin ordusu qarşılaşmışdılar.

Milli.Az